ABŞ-İran gərginliyində müvəqqəti atəşkəs: vəziyyət hələ də həssasdır

ABŞ-İran gərginliyində müvəqqəti atəşkəs: vəziyyət hələ də həssasdır
12:46

Yaxın Şərqdə ABŞ və İran arasında yaşanan son qarşıdurmalar regionun hərbi və diplomatik gündəmində yenidən diqqət mərkəzinə düşüb. ABŞ-ın strateji bombardmançıları və İranın cavab zərbələri fonunda əldə olunan iki həftəlik atəşkəs müvəqqəti olsa da, vəziyyət hələ də son dərəcə həssasdır. Hər an hər şeyin dəyişə biləcəyi bir məqamda hərbi ekspertlər gərginliyin səbəblərini və atəşkəsin mahiyyətini şərh edirlər.

News365.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, dünən baş verən münaqişələr və ABŞ-ın İranın infrastrukturuna endirdiyi zərbələr atəşkəsin formalaşmasında həlledici rol oynayıb. 

“Dünən münaqişələr çox oldu. Burada mən də öz fikrimi səsləndirdim ki, bu qəfiyənin vəsilahından istifadə etmək mənasını daşımırdı. Amma diqqət yetirsək, Tramp daha çox müharibə apardığı və İranın Səfah rejimi, molla rejimi nəzərə alınaraq addımlar atdığı görünürdü. İranda yayılan açıqlamaların ardınca zərbələr əsasən körpülərə, dəmir yollarına və Xəarq adasına endirildi. Xüsusilə tək Xəarq adasına 50 zərbə vuruldu, 8 körpünün məhv edilməsi ilə bağlı görüntülər yayıldı”, – deyə ekspert qeyd edib.

Ədalət Verdiyev əlavə edib ki, eyni zamanda Britaniyada yerləşən ABŞ aviabazasından 7 ədəd B52 bombardmançı təyyarəsi havaya qalxıb. Bu təyyarələr ABŞ-ın əlində olan ən ağır bombaları – 13,5 kq çəkiyə malik 57 befun tipli bombaları daşıya bilirlər. Ekspert keçən ilin iyun ayında baş vermiş 12 günlük müharibəni xatırladaraq bildirib ki, o zaman da İsrail və İran arasında qarşıdurma yaşanıb, lakin ABŞ-ın bombardmançıları İran ərazisinə çatıb strateji nüvə obyektlərini vurduqdan sonra İran atəşkəsə razı olub və bunu qələbə kimi təqdim edib.

“Burada eyni ssenari təkrarlanır. ABŞ gəlib bombalayır, İran isə sonradan atəşkəsə razı olur və tərəflər bunu qələbə kimi təqdim edirlər. Britaniyadan havaya qalxan B52-lər anladılar ki, ABŞ bu məsələdə zarafat etmir. Trampın açıqlaması təəccüblü deyil, çünki ABŞ lazım gəldikdə terrorçuları və düşmən obyektləri vurmaq qabiliyyətinə malikdir”, – ekspert vurğulayıb.

Ədalət Verdiyev həmçinin bildirib ki, İranın əvvəlki cavab zərbələri ABŞ üçün gözlənilməz olub və vəziyyəti çətinləşdirib. Bu baxımdan, atəşkəsin əldə olunması yalnız ABŞ-ın hərbi üstünlüyü ilə mümkün olsa da, Tehran üçün də strateji və diplomatik addımların nəticəsi olaraq baş verib. Ekspertin fikrincə, ABŞ-ın hərbi açıqlamaları, Pekinin diplomatik təzyiqləri və İranın cavab zərbələri birlikdə atəşkəsin əldə olunmasında həlledici rol oynayıb.

Beləliklə, Ədalət Verdiyevin qiymətləndirməsinə görə, hazırda yaranmış atəşkəs vəziyyəti müvəqqəti xarakter daşıyır və hər an gərginlik yenidən arta bilər. Lakin qarşı tərəflərin hərbi və diplomatik addımları mövcud balansı qoruyub saxlamağa yönəlib.


Sizin reklam burada
Sizin reklam burada