Rumıniyalı məşqçi Mirça Luçesku vəfat edib.
News365.az xəbər verir ki, bu barədə rumıniyalı jurnalist Emanuel Roşu bildirib.
Məşhur mütəxəssisin 80 yaşı var idi. Luçeskunun son iş yeri Rumıniya milli komandası olub.
Qeyd edək ki, son zamanlar təcrübəli məşqçinin sağlamlığında ciddi problemlərin olduğu bildirilirdi. Səhhəti pisləşən Luçeskunun ürəyinə defibrilyator (şok - red.) cihazı quraşdırılmışdı. Vəziyyəti ağırlaşdıqdan sonra həkimlər onu süni koma vəziyyətinə salmışdılar, lakin mütəxəssisin həyatını xilas etmək mümkün olmayıb.