İspaniyanın “Real Madrid” klubunun futbolçusu Vinisius Junior uzun müddətdir
yenilənməyən müqaviləsi haqqında danışıb.
News365.az xəbər verir ki, Vinisius “Real Madrid”də
qalacağını deyib:
“Ümid edirəm ki, burada uzun müddət qalacam. Müqaviləmin bitməsinə cəmi bir il
qalsa da mən prezidentin mənə güvəndiyindən və müqavilənin uzadılacağından əminəm”.
Qeyd edək ki, futbolçunun komandadan ayrılacağı ilə bağlı mediada tez-tez məlumatlar
yayılır.