Trendyol Super Liqasının 28-ci həftəsində “Qalatasaray” “Trabzonspor”a 2:1 hesabı ilə məğlub olub.
Türkiyə mətbuatının xəbərinə görə, “Qalatasaray”ın argentinalı ulduz futbolçusu Mauro İkardi bu oyunda gözlənilən performansı sərgiləyə bilmədiyi üçün sərt tənqidlərə məruz qalıb.
İkardi gecə saatlarında sosial media hesabında belə bir paylaşım edib:
“İstədiyiniz qədər məni tənqid edin, arxamdakı insanlar güvəndədir. Sonda çempion yenə biz olacağıq”.
