Xəzər Universiteti bağlanacaq?

Xəzər Universiteti bağlanacaq?
12:18

Ali təhsil sektorunda Xəzər Universiteti ilə bağlı maraqlı müzakirələr yaranıb.

News365.az-ın əldə etdiyi məlumatlara görə, bəzi mənbələr universitetin yaxın gələcəkdə fəaliyyətini dayandıra biləcəyini iddia ediblər. Mənbələr maliyyə və idarəetmə çətinliklərini bu ehtimalın səbəbi kimi göstəriblər.

Lakin Xəzər Universitetindən açıqlama verilib. Universitet rəhbərliyi iddiaları qəti şəkildə rədd edərək bildirib ki, maliyyə və idarəetmə sahəsində heç bir problem fəaliyyətin dayandırılmasına gətirib çıxarmayacaq və yayılan məlumatlar tamamilə əsassızdır.


Sizin reklam burada
Sizin reklam burada