Nəriman Axundzadə növbəti oyununu keçirdi - Komandası qələbə qazandı - VİDEO

Nəriman Axundzadə növbəti oyununu keçirdi - Komandası qələbə qazandı - VİDEO
09:08

Azərbaycan millisinin və ABŞ-ın "Kolambus Kryu" klubunun futbolçusu Nəriman Axundzadə MLS-də ikinci oyununu keçirib.

21 yaşlı hücumçu müntəzəm mövsümün VI turunun "Atlanta Yunayted"lə səfər matçında meydana çıxıb. Gənc forvard 90-cı dəqiqədə Andres Erreranı əvəzləyib.

Qarşılaşma qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, “Kolambus Kryu”nun cari mövsümdə ilk qalibiyyəti olub.

Qeyd edək ki, ABŞ klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.



Sizin reklam burada
Sizin reklam burada