Türkiyə ordusu daha iki terrorçunu öldürüb

Türkiyə ordusu daha iki terrorçunu öldürüb
24 Yan 2025 16:05

Türkiyə ordusu PKK-ya qarşı əməliyyat tədbirlərini davam etdirir.

News365.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi "X" sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, Türkiyə ordusu tərəfindən İraqın şimalındakı Qara bölgəsində 2 PKK terrorçusu öldürülüb.

Məlumatda əməliyyat tədbirlərinin hava və relyef şərtlərindən asılı olmayaraq fasiləsiz davam etdiriləcəyi də vurğulanıb.


Sizin reklam burada
Sizin reklam burada