Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.
Bu barədə nazirliyin sosial şəbəkə hesablarında paylaşım edilib.
Təbrikdə deyilir:
"Azərbaycan Silahlı Qüvvələrinin 108-ci ildönümü münasibəti ilə təbrik edirik. Azərbaycanın sabitliyi və təhlükəsizliyi üçün gecə-gündüz xidmət edən qəhrəman Azərbaycan Silahlı Qüvvələrini salamlayırıq. Hər zaman tək ürək, tək yumruq olmağa davam edəcəyik".