“Atamı belə görmək çox kədərlidir” – Hanter Bayden keçmiş prezidentin vəziyyətindən danışdı

“Atamı belə görmək çox kədərlidir” – Hanter Bayden keçmiş prezidentin vəziyyətindən danışdı
14:45

Co Bayden ağır xəstəliklə mübarizə aparır: Oğlundan kədərli açıqlama

ABŞ-nin sabiq dövlət başçısı Co Baydenin səhhətində ciddi geriləmə baş verib. Siyasətçinin xərçəng xəstəliyinin ağır mərhələsinə qədəm qoyması ilə bağlı məlumatı onun oğlu Hanter Bayden "BBC"yə müsahibəsində təsdiqləyib.

"Sümüklərə metastaz verib, amma hələ də mübarizə aparır"

Atasının səhhətindən danışan Hanter Bayden bildirib ki, aqressiv xəstəlik artıq bədənin digər nahiyələrinə, xüsusən də sümük toxumalarına yayılıb:

"Bu xəstəlik olduqca ağrılıdır və insanın fiziki imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Onu bu vəziyyətdə görmək bizə böyük acı verir. Bütün bunlara baxmayaraq, o, hələ də ayaqdadır və mübarizəsini davam etdirir".

Məlumat üçün bildirək ki, 83 yaşlı demokrat siyasətçiyə Ağ Evdəki səlahiyyət müddəti başa çatdıqdan dörd ay sonra — 2025-ci ilin mayında prostat xərçənginin ağır forması diaqnozu qoyulmuşdu. Hazırda keçmiş prezidentin müalicəsi həkim nəzarəti altında davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada