İstanbulda silahlı cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, 24 nəfər saxlanılıb
News365.az xəbər verir ki, İstanbulun Anadolu yaxasında iş yerlərinə və avtomobillərə silahlı hücumlar, ağır soyğunçuluq və qətlə cəhd də daxil olmaqla, 15 ayrı cinayətdə iştirak edən silahlı cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib.
Əməliyyat nəticəsində 24 şübhəli saxlanılıb.
Axtarışlar zamanı 5 tapança və 1720 ədəd patron müsadirə edilib.