İkardi keçmiş həyat yoldaşı ilə bağlı ittihamlar üzrə ifadə verib.
News365.az xəbər verir ki, argentinalı futbolçu Mauro İkardi keçmiş həyat yoldaşı Vanda Naranın qızları ilə bağlı irəli sürdüyü ailədaxili zorakılıq və xəsarət yetirmə ittihamları ilə əlaqədar Argentinada prokurorluqda ifadə verib.
Futbolçu Argentinanın Tiqre şəhərində yerləşən prokurorluğa gedərək hadisə ilə bağlı öz mövqeyini açıqlayıb. O, ittihamları rədd edib və müdafiə tərəfi hadisəyə dair video görüntülər də daxil olmaqla bəzi sübutları prokurorluğa təqdim edib.
İkardinin vəkili futbolçunun qızına qarşı fiziki zorakılıq göstərmədiyini bildirib. Hadisə ilə bağlı araşdırma davam edir.