Türkiyə-Ermənistan sərhədi ilə bağlı yeni açıqlama

Türkiyə-Ermənistan sərhədi ilə bağlı yeni açıqlama
14:10

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə–Ermənistan sərhədinin yaxın zamanda açılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

News365.az “Armenpress”ə istinadən xəbər verir ki, Paşinyan bu barədə dəqiq məlumatının olmadığını qeyd edib. O bildirib ki, əgər belə bir addım reallaşarsa, bunu müsbət qarşılayacaq.

Baş nazirin sözlərinə görə, Ermənistan sərhədlərin açılmasını dəstəkləyir və bunun ölkə üçün iqtisadi, siyasi və regional baxımdan faydalı olacağını düşünür.

Qeyd edək ki, Türkiyə–Ermənistan münasibətlərinin normallaşdırılması prosesi 2022-ci ildən etibarən davam edir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada