“İsrail hökuməti öz cinayətlərini ört-basdır etməyi hədəfləyir” - Türkiyə XİN

“İsrail hökuməti öz cinayətlərini ört-basdır etməyi hədəfləyir” - Türkiyə XİN
28 İyn 2026 23:56

“Dünyanın gözü qarşısında Fələstin xalqına qarşı sistematik şəkildə vəhşiliklər törədən və Qəzza xalqına qarşı soyqırımı ittihamı ilə Beynəlxalq Ədalət Məhkəməsində mühakimə olunan İsrail hökuməti, 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi siyasi motivli qətnamə ilə öz cinayətlərini ört-basdır etməyi hədəfləyir”.

News365.az xəbər verir ki, bu sözlər İsrail hökumətinin 1915-ci il hadisələri ilə bağlı verdiyi qərarla bağlı Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatda əksini tapıb.

“Hüquqi və tarixi faktları görməzdən gəlmək üçün edilən bu qərəzli cəhd, Netanyahu və onun əlbirlərinin düşdüyü çətin vəziyyəti vurğulayır, çünki Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən fələstinlilərə qarşı törədilən cinayətlərin araşdırılması ilə əlaqədar onlara qarşı həbs qərarları verilib.

Türkiyə İsrailin bölgədəki ekspansionist və sabitliyi pozan siyasətinə son qoymaq və Netanyahu hökumətini, xüsusən də Fələstin xalqına qarşı törədilən cinayətlərə görə qanun qarşısında məsuliyyətə cəlb etmək üçün qətiyyətlə çalışmağa davam edəcək”, - deyə bəyanatda qeyd edilib


Sizin reklam burada
Sizin reklam burada