Şamaxının dağ kəndlərinə gedən yol bağlandı - VİDEO

Şamaxının dağ kəndlərinə gedən yol bağlandı - VİDEO
28 İyn 2026 23:26

Yağan güclü yağış və ardınca gələn sel nəticəsində Ağsuçayda sululuq artıb. Nəticədə Şamaxının dağ kəndlərindən olan Qaleybuğurd, Qaladərəsi və Keşmədin kəndlərinə gedən avtomobil yolu tamamilə dağılıb.

News365.az xəbər verir ki, bu barədə Baku TV-nin hazırladığı videomaterialdada deyilir.

Belə ki, sürücülər müəyyən istiqamətdə hərəkət edə bilmir və yol bağlı hesab edilir.

Sakinlər bildirirlər ki, baş verən vəziyyət onlar üçün çətinlik yaradıb və maşınların bir çoxu rayon mərkəzinə gedə bilmir.

Hətta kəndlərə gələn turistlər də oranı tərk etməkdə çətinliklə üzləşirlər.


Sizin reklam burada
Sizin reklam burada