Türkiyənin Muş vilayətinin Bulanık rayonunda 3,6 bal gücündə zəlzələ olub.
Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ 14,76 km dərinlikdə qeydə alınıb. Dağıntılar və insan tələfatı ilə bağlı hələ ki, heç bir məlumat verilməyib.