"Əli İsa Cabbarovun nə şəxsiyyəti, nə də adı ittifaqa rəhbərlik etməyə əsas vermir" - Əbdül Mahmudov

"Əli İsa Cabbarovun nə şəxsiyyəti, nə də adı ittifaqa rəhbərlik etməyə əsas vermir" - Əbdül Mahmudov
12:50

Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən sədr seçkisindən sonra müzakirələr davam edir.

News365.az-a açıqlama verən Xalq artisti Əbdül Mahmudov ittifaqda baş verən prosesləri sərt tənqid edib.

O, Əli İsa Cabbarovun sədr seçilməsi ilə bağlı sənədlərin Ədliyyə Nazirliyi tərəfindən geri qaytarılmasını doğru hesab edir.

Əbdül Mahmudov bildirib:

“Kinomatoqrafçılar İttifaqında kənar şəxslərin gəlib orada ab-hava yaratması yolverilməzdir. Hesablama Palatası yoxlama aparmalıdır. Bu ittifaqın fəaliyyətində çoxlu qanun pozuntuları üzə çıxıb. Kino xadimlərinin, ağsaqqalların razılığı olmadan tələm-tələsik bir neçə nəfəri yığıb toplantı keçiriblər. Bu nə konfransdır, nə də qurultay. Sadəcə toplantı keçiriblər.

Bu tələskənlik nədən irəli gəlir? Mən hesab edirəm ki, məqsəd qara əməlləri ört-basdır etməkdir. Ədliyyə Nazirliyi, Prokurorluq və digər qurumlar araşdırma aparacaq. Çoxlu qanun pozuntuları var və nəticəsi bəlli olacaq.

Bizim nizamnaməyə əsasən qurultay keçirilməlidir. Onlar istədiklərini normal səviyyədə təşkil edə bilməyiblər, heç kvorum da toplaya bilməyiblər.

Əli İsa Cabbarovun nə şəxsiyyəti, nə statusu, nə də adı bizə əsas vermir ki, o, Kinematoqrafçılar İttifaqına rəhbərlik etsin. Bu adam heç adi mədəniyyət işçisi də deyil. Biz onunla danışmışdıq ki, təşkilati məsələlərdə işləyə bilər. Sonradan özü bu oyunu qurdu və indi də çalışır ki, vəziyyətdən necə xilas olsun. Hesablama Palatası bir tərəfdən, Ədliyyə Nazirliyi bir tərəfdən, digər qurumlar bir tərəfdən araşdırma aparır. Hesab edirəm ki, öz əməllərinin cəzasını çəkəcək.



Sizin reklam burada
Sizin reklam burada