İran və ABŞ arasında keçirilməsi gözlənilən texniki danışıqlarla bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib. Rəsmi Tehran bu həftə hər hansı görüşün planlaşdırılmadığını açıqlayıb.
News365.az İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi jurnalistlərə açıqlamasında deyib ki, tərəflər arasında işçi qrupları səviyyəsində texniki müzakirələrin yaxın günlərdə baş tutacağı barədə xəbərlər düzgün deyil. Onun sözlərinə görə, belə görüşlərin keçirilməsi üçün hələ lazımi şərtlər tam formalaşmayıb.
Diplomat bildirib ki, hazırda əsas diqqət tərəflərin öhdəliklərinin icrası və prosesin koordinasiyası üzərində cəmlənib. Bu istiqamətdə Qatar ilə təmasların davam etdiyi vurğulanıb.
Qəribabadi qeyd edib ki, ilk texniki görüşün vaxtı və məkanı yalnız qarşılıqlı razılıq əldə olunduqdan sonra müəyyənləşdiriləcək. O əlavə edib ki, vasitəçi ölkələrin iştirakı ilə məsləhətləşmələr davam etdirilir.
Qeyd edək ki, daha əvvəl Reuters agentliyi texniki danışıqların çərşənbə axşamı Dohada keçiriləcəyini iddia etmişdi. Tehran isə həmin məlumatı rəsmi şəkildə təkzib edib.
News365.az