Türkiyə prezidenti Ərdoğanı “Yutub”da və sosial media platformalarında təhqir edən erməni əsilli bloger Tamar Tanrıyara saxlanılıb.
News365.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, 23 iyunda Marmaris Dəniz Sərhəd Məntəqəsindən çıxmaqla, ölkəni tərk etmişdi.
Məlumata əsasən, "Prezidenti təhqir etmək" və "İctimaiyyət arasında nifaq salmaq" ittighamları ilə axtarışda olan Tamar Tanrıyarın Araılıq dənizində bir gəmisdə gizləndiyi bəlli olub: "O, əməliyyatla gəmidə saxlanılıb".
İstanbul Baş Prokurorluğundan isə bildiriilib ki, istintaq çərçivəsində haqqında həbs qərarı verilmiş şübhəli Tamar Tanrıyar xaricdən Kuşadasına gələrək, özü təslim olub: "İstintaq davam edir".