300 nömrəli məktəbdə möhtəşəm nəticə: 11B sinfinin bütün məzunları tələbə adını qazandı

300 nömrəli məktəbdə möhtəşəm nəticə: 11B sinfinin bütün məzunları tələbə adını qazandı
11:35

Bakı şəhəri Binəqədi rayonunda yerləşən 300 nömrəli tam orta məktəbin 11B sinfinin bütün məzunları ali məktəblərə qəbul olaraq tələbə adını qazanıblar.

News365.az xəbər verir ki,  sinifdə təhsil alan 22 məzunun hər biri ali təhsil müəssisələrinə qəbul olub. Onların arasında müxtəlif ixtisaslar üzrə həm dövlət, həm də özəl ali məktəblərə qəbul olunan şagirdlər var.

Məzunların qəbul nəticələri və seçdikləri ixtisaslar belədir:

  1. Əliyev Əkbər – 648,1 bal. Bakı Ali Neft Məktəbi, maliyyə (tədris ingilis dilində).
  2. Aslanova Nuranə – 618 bal. Türkiyə-Azərbaycan Universiteti, kompüter mühəndisliyi (tədris ingilis dilində).
  3. Məhəmmədov Onur – 590 bal. Türkiyə-Azərbaycan Universiteti, kompüter mühəndisliyi (tədris ingilis dilində).
  4. Qayıblı Harun – 547 bal. Azərbaycan Dövlət Dəniz Akademiyası, dəniz naviqasiyası mühəndisliyi (tədris ingilis dilində).
  5. Əzimzadə Nuray – 536 bal. Bakı Dövlət Universiteti, psixologiya.
  6. Cəfərzadə Leyla – 522 bal. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, iqtisadiyyat.
  7. Əzizli Emil – 522 bal. UNEC, maliyyə.
  8. Hüseynzadə Mehdi – 512 bal. Fransız-Azərbaycan Universiteti, neft-qaz mühəndisliyi (tədris ingilis dilində).
  9. Qafarlı Sadiq – 506 bal. Azərbaycan Texniki Universiteti, kompüter elmləri (tədris ingilis dilində).
  10. Mehdiyeva Nigar – 470 bal. Xəzər Universiteti, baytarlıq (tədris ingilis dilində).
  11. Təhməzova Fatimə – 456 bal. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, kompüter mühəndisliyi.
  12. Xələfova Zeynəb – 453 bal. Bakı Dövlət Universiteti, riyaziyyat.
  13. Əliyev Cəsur – 420 bal. UNEC, elektrik mühəndisliyi.
  14. Məmmədova Xədicə – 410 bal. Bakı Ali Neft Məktəbi, kompüter mühəndisliyi (tədris ingilis dilində).
  15. Qarayeva Mədinə – 398 bal. Azərbaycan Memarlıq və İnşaat Universiteti, inşaat mühəndisliyi.
  16. Məmmədov Murad – 371,4 bal. Bakı Dövlət Universiteti, informatika müəllimliyi.
  17. Abdullayeva Sevinc – 324 bal. Qərbi-Kaspi Universiteti, kompüter mühəndisliyi (tədris ingilis dilində).
  18. Rəhimli Şəkər – 320 bal. Bakı Mühəndislik Universiteti, fizika (tədris ingilis dilində).
  19. Rzayev Kənan – 298 bal. Bakı Avrasiya Universiteti, informasiya texnologiyaları.
  20. Bayramlı Süleyman – 291 bal. Bakı Slavyan Universiteti, tərcümə.
  21. Əliyev Tofiq – 244 bal. Bakı Mühəndislik Universiteti, maliyyə.
  22. Həsənov Məhəmməd – 234 bal. Bakı Mühəndislik Universiteti.

Beləliklə, 300 nömrəli tam orta məktəbin 11B sinfinin bütün məzunlarının ali təhsil müəssisələrinə qəbul olması sinfin və məktəbin uğurlu nəticələrindən biri kimi diqqət çəkib.


Sizin reklam burada
Sizin reklam burada