Maşın piyadanı vuraraq öldürdü, saxlanılan var - YENİLƏNDİ

Maşın piyadanı vuraraq öldürdü, saxlanılan var - YENİLƏNDİ
10:55

Biləsuvarda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.

News365.az xəbər verir ki, 1992-ci il təvəllüdlü Hüseyn Cəfərlinin idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi yolu qarşı tərəfə keçmək istəyən piyada 1981-ci il təvəllüdlü Elçin Cabbarovu vurub. 

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü H.Cəfərli saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.

***

Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

News365.az xəbər verir ki,  hadisə Biləsuvar şəhəri ərazisində olub.

Belə ki, 1981-ci il təvəllüdlü Cabbarov Elçin Yaşar oğlu yolu keçərkən avtomobil onu vurub. E.Cabbarov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada