Avtobusda səs-küy salanlara cərimə tətbiq ediləcək

Avtobusda səs-küy salanlara cərimə tətbiq ediləcək
13:12

İngiltərədə ictimai nəqliyyatda yüksək səslə musiqi dinləyən, zibil atan və elektron siqaret çəkən sərnişinlərə 100 funt sterlinqədək cərimə tətbiq oluna bilər.

News365.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Yeni qaydalara əsasən, cərimələri avtobus sürücüləri deyil, nəqliyyat təhlükəsizliyi əməkdaşları və polis tətbiq edəcək. Yerli idarəetmə orqanlarına verilən yeni səlahiyyətlər çərçivəsində qaydalar Nəqliyyat Nazirliyinin təsdiqindən keçməlidir.

Qatarlarda da sərnişinləri yüksək səslə musiqi dinləməməyə çağıran ümummilli kampaniya başladılır. Mövcud qaydalara əsasən, xəbərdarlığa baxmayaraq musiqinin səsini azaltmayan sərnişin qatardan endirilə və 1000 funtadək (1 330 dollar) cərimələnə bilər.


Sizin reklam burada
Sizin reklam burada