Litvada hərbi təlimlər başladı: Helikopterlər və döyüş gəmiləri də cəlb olunacaq

Litvada hərbi təlimlər başladı: Helikopterlər və döyüş gəmiləri də cəlb olunacaq
16:35

Baltik dənizi regionunda hərbi hazırlıq tədbirləri davam edir. Litvanın qərbində və Klaypeda limanının akvatoriyasında başlayan beynəlxalq təlimlər çərçivəsində hərbçilər müxtəlif silah və hərbi texnikalardan istifadə edəcəklər.

News365.az “Belta”ya istinadən xəbər verir ki, təlimlər zamanı odlu silahlar, imitasiya sursatları, pirotexniki vasitələr və pilotsuz uçuş aparatları tətbiq olunacaq.

Hərbi ssenarilərə helikopterlərdən, gəmilərdən və digər su nəqliyyatı vasitələrindən istifadə də daxildir.

Litvanın qərbindəki bələdiyyələri və Klaypeda dəniz limanının sularını əhatə edən təlimlər oktyabrın 30-dək davam edəcək.

News365.az


Sizin reklam burada
Sizin reklam burada