Rusiya prezidenti Vladimir Putin Baş nazir Mixail Mişustinin hökumətdə yerdəyişmələrin aparılması ilə bağlı təklifini dəstəkləyib.
News365.az-ın xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Görüşdə ölkənin sosial-iqtisadi inkişafı üçün mühüm məsələlərlə yanaşı, Baş nazir dövlət başçısına hökumətdə yerdəyişmələrlə bağlı təkliflərini irəli sürdü. Prezident Putin bu təklifləri dəstəklədi”,- Peskov qeyd edib.
Rusiya konstitusiyasına görə, hökumətdaxili vəzifələrə yeni namizdələr təsdiq üçün Dövlət Dumasına da təqdim edilməlidir.