Teymur Musayev kimdir? - DOSYE

Teymur Musayev kimdir? - DOSYE
11:36

Teymur Yusif oğlu Musayev tibb elmləri namizədi və ixtisasca uroloqdur. 

News365.az xəbər verir ki, o, Azərbaycan Prezidenti İlham Əliyevin 19 yanvar 2022-ci il tarixli sərəncamı ilə səhiyyə naziri təyin edilmişdi.

Teymur Musayev 1970-ci il sentyabrın 16-da Bakı şəhərində anadan olub. 1987–1993-cü illərdə Azərbaycan Tibb Universitetində müalicə-profilaktika fakültəsində təhsil alıb və buranı fərqlənmə diplomu ilə bitirib. 2001-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsi alıb. 2003–2004-cü illərdə Strasburq Universitetində laparoskopik cərrahiyyə ixtisası üzrə kurs keçib. 2013–2015-ci illərdə Riqa Beynəlxalq Biznes və İqtisadiyyat Ali Məktəbində (RISEBA) və Riqa Stradins Universitetində "Səhiyyə menecmenti" üzrə magistr dərəcəsi qazanıb.

O, müxtəlif özəl və dövlət tibb müəssisələrində rəhbər vəzifələrdə çalışıb. O, 2007–2015-ci illərdə N. Tusi adına Klinikanın direktoru olub. 2015–2018-ci illərdə "Dobromed" hospitalına rəhbərlik edib. 2016–2019-cu illərdə Qəbələdə yerləşən otel komplekslərindən birində tibbi direktor kimi fəaliyyət göstərib. 2020-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 23 aprel 2021-ci ildə səhiyyə nazirinin birinci müavini təyin edilib və eyni zamanda nazir vəzifəsini icra etmək səlahiyyəti ona verilib. 19 yanvar 2022-ci ildən isə rəsmən səhiyyə naziridir.

Prezident İlham Əliyevin 19 oktyabr 2026-ci ildə imzaladığı sərəncama əsasən, Azərbaycan Baş nazirinin müavini təyin edilib.


Sizin reklam burada
Sizin reklam burada