ABŞ prezidenti Donald Tramp bildirib ki, İran "kritik vəziyyətdə" olduğu və Hörmüz boğazından neft axını davam etdiyi müddətcə, ABŞ noyabr ayında keçiriləcək ara seçkilərə qədər bu ölkəyə hücum etməyəcək.
News365.az xarici mediaya istinadla xəbər verir ki, Tramp bunu özünün Truth sosial şəbəkəsində açıqlayıb.
Amerika liderinin sözlərinə görə, Vaşinqton Tehranla "məhsuldar dialoq" aparır.
ABŞ prezidenti dünən gecə boğazdan 22 milyon barel neft daşındığını və onun bir barelinin də İrana daxil olmadığını bildirib.
“Axios” xəbər verir ki, bir neçə gün əvvəl Pentaqon ABŞ ordusuna İranda hərbi əməliyyatların bərpası üçün hazırlıqları başa çatdırmağı tapşırıb. Nəşrin ABŞ və İsraildəki mənbələri hücumların 3 noyabrda keçiriləcək ABŞ ara seçkilərindən və ya hətta 27 oktyabrda keçiriləcək İsrail seçkilərindən əvvəl yenidən başlaya biləcəyini bildirirlər. Onlar həmçinin qeyd ediblər ki, Tramp hələlik yekun qərar verməyib.