Cəbrayılda minaya düşənlər şəhid atası və qardaşıdır

Cəbrayılda minaya düşənlər şəhid atası və qardaşıdır
08 Okt 2026 23:10

Bu gün Cəbrayıl rayonu ərazisində minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun ailə üzvləridir. 

News365.az xəbər verir ki, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində bu gün minaya düşən Qəhrəmanov Əşrəf Elman oğlu Ruhin Qəhrəmanovun atası, Qəhrəmanov Orxan Əşrəf oğlu isə qardaşıdır. 

Ruhin Qəhrəmanov 2016-cı il aprel ayının 2-də Lələ Təpə yüksəkliyinin düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. 

Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Qeyd edək ki, bu gün Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində iki mina hadisəsi baş verib. 

2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Hadisə zamanı Qəhrəmanov Orxan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan bir müddət sonra 1966-cı il təvəllüdlü Qəhrəmanov Əşrəf Elman oğlu oğlunun minaya düşdüyü əraziyə daxil olaraq piyada əleyhinə minaya düşüb. 

Hadisə nəticəsində Əşrəf Qəhrəmanov da xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.(APA)


Sizin reklam burada
Sizin reklam burada