Azərbaycanın siyasi və diplomatik gedişində yeni dönəm.Mərkəzi Asiya ölkələri ilə əlaqələr genişləndirilir. Bu əməkdaşlıq sadəcə diplomatik əlaqələrin genişlənməsi yox, həm də iştirakçı dövlətlərə yeni şəraitin yaranması deməkdi. Bu imkanlardan biri
Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanın nəqliyyat , tranzit imkanlarının əldə olunmasıdı. Qlobal Enerji layihələrinin birgə həyata keçrilməsi də , olduqca mühüm amildi və bölgənin iqtisadi potensialının daha da artmasına zəmin yaradır. Belə bir mənzərə böyük bur coğrafiyaya ,həm də siyasi sabitlik vəd edir. Özü də təkcə Cənubi Qafqaza deyil ,Mərkəzi Asiya ölkəri üçün də davamlı, dayanıqlı sabitlik mühiti formalaşır.
Azərbaycanın inkişaf modeli , dövlətçilik təcrübəsi və regional əməkdaşlıq imkanlarının Mərkəzi Asiya ölkələri üçün bir etalon, numunə olduğu da birmənalıdı.Bu haqqı Azərbaycan böyük zəhməti, milli maraqlara söykənən müstəqil siyasəti, güclü iqtusadi potensialı , ən vacibi isı dayanıqlı sabitliyi ilə qazanıb. Etibarlı tərəfdaş kimi özünü təsdiqləməsi də ,ölkəyə olan həm inamı ,həm də etimadı artırıb. Məhz bu etimadın nəticəsidi ki,
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycan üzv dövlətlərin yekdil dəstəyi ilə sədr seçilib. Bunun mühüm siyasi, tarixi hadisə kimi faydaları yaxın gələcəkdə daha aydın görünəcək. Növbəti Zirva toplantısının Azərbaycanda keçirilməsi qərarı da ,bu uğurlu tarixin bir parçasıdı və Mərkəzi Asiya dövlətləri ilə qurulan qardaşlıq münasibətlərinin bariz göstəricisidir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə yaxınlaşması yaxın tarixin uğur hekayəsini başladacaq. Xalqlarln inteqrasiyası bir qədər də templi olacaq ,regionlararası həlimlik artacaq, bölgəyə yeni bir nəfəs, dinamika gələcək. Orta Dəhliz, enerji, nəqliyyat, ticarət və humanitar əlaqələr imkanlara daha bir imkan qatacaq.
Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, Mərkəzi Asiya ilə birləşən geniş geosiyasi məkanın da mühüm aktorlarından birinə çevrilir.Bakıdan uzanan əməkdaşlıq yolları regionları yaxınlaşdırır,Azərbaycanın sözünü və rolunu daha da görünən edir.
Bir sözlə, liderlik taleyimizə
Bəturə NƏBİYEVA