Selin Dion səhnədə yıxıldı

Selin Dion səhnədə yıxıldı
17:26

Məşhur müğənni Selin Dion Parisdəki konserti zamanı səhnədə yıxılıb.

News365.az xəbər verir ki, hadisə ifaçı "Dans un autre monde" mahnısının ifası zamanı baş verib. Müğənninin şalvarının ayaqqabısının dabanına ilişməsi müvazinətini itirib. Dion dərhal ayağa qalxaraq oxumağa davam edib.

Qeyd edək ki, sənətçi altı illik fasilədən sonra 2026-cı ilin sentyabrında Parisdə səhnəyə qayıdıb. O, nadir nevroloji xəstəlik olan sərt insan sindromu səbəbindən son illərdə konsert fəaliyyətini məhdudlaşmışdı. Dionun Paris konsertləri 2027-ci ilin mayına qədər davam edəcək.


Sizin reklam burada
Sizin reklam burada