Türk generala hərbi əməkdaşlıq medalı təqdim olundu

Türk generala hərbi əməkdaşlıq medalı təqdim olundu
08 Okt 2026 23:25

Türkiyə ordusunun keçmiş baş qərargah rəisi, istefada olan ordu generalı Mətin Güraka Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən 2025-ci ildə verilmiş "Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə" medalı təqdim edilib.

News365.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi X sosial şəbəkə hesabında məlumat yayıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov medalı və müvafiq vəsiqəni M.Güraka təqdim edib.


Sizin reklam burada
Sizin reklam burada