Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Apostol Kilsəsinin rəhbəri II Qaregini səlahiyyətsiz şəkildə taxtı ələ keçirməkdə ittiham edib.
News365.az xəbər verir ki, bu barədə məlumatı “Novosti Armenia” yayıb.
“Nersisyan çoxdan ruhani rütbəsindən məhrum edilib və kilsə nümayəndəsi deyil. O, özünə bənzərlərlə birlikdə patriarx taxtını ələ keçirib”, – deyə Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, katolikos subaylıq andını pozduğuna görə ruhani rütbəsindən məhrum edilib.
Paşinyan həmçinin kilsə rəhbərindən onun arvadı və uşaqları barədə yayılan məlumatlara izahat verməsini tələb edib.