"Əgər Ağ Ev rəhbəri Donald Tramp istəsə, Ukrayna NATO-ya üzv olacaq". RBC-Ukraynanın yaydığı məlumata görə, bunu bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
“Əgər Tramp Ukraynanı NATO-da görməyə hazırdırsa, biz alyansda təmsil olunacağıq. Əks halda biz NATO-da olmayacağıq”, - deyə o bildirib.
Ukrayna lideri ABŞ prezidentinin iradəsini əsas tutaraq, bu iradənin alyansa üzv olan bir sıra dövlətlərin mövqeyinin dəyişdirilməsi üçün mühüm şərt adlandırıb. Zelenski qeyd edib ki, ABŞ, Slovakiya, Macarıstan və Almaniya Ukraynanın NATO-ya üzvlüyünə qarşıdır.
Ukrayna prezidenti ABŞ və Almaniyanı zəif mövqe sərgiləməkdə ittiham edib.
Zelenski yanvarın 16-da da oşxar açıqlamalar vermişdi. Zelenski ölkəsinin NATO-ya üzvlüyünə qarşı çıxan dövlətlərin adını açıqlayarkən deyib ki, ABŞ, Macarıstan, Slovakiya və Almaniya Ukraynanın NATO-ya daxil olmasını istəmirlər.
Qeyd edək ki, Ukraynada müharibənin başlamasında əsas səbəblərdən biri Kiyevin Qərbə üz tutması, NATO ilə sıx əməkdaşlığa başlaması oldu. Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural