Mərkəzi Bankı "Rabitəbank"la bağlı sərəncam verdi

Mərkəzi Bankı "Rabitəbank"la bağlı sərəncam verdi
15:45

Azərbaycan Mərkəzi Bankı (AMB) "Rabitəbank" ASC-yə icrası məcburi sərəncam verib.

News365.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Bank "Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası"nın 3.20-ci bəndinin tələblərinə riayət etməyib.

Odur ki, "Banklar haqqında" qanunun 47.4-cü maddəsinin tələbləri rəhbər tutularaq, kredit təşkilatına qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə daxili nəzarət sistemlərinin gücləndirilməsi barədə zəruri tədbirlərin görülməsi ilə bağlı icrası məcburi sərəncam verilib.


Sizin reklam burada
Sizin reklam burada