Masallının böyük bir hissəsi qazsız qalacaq

Masallının böyük bir hissəsi qazsız qalacaq
22 Sen 2026 15:08

Masallı rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

News365.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 23-də saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Köhnə Alvadı, Banbaşı, Yeyənkənd kəndlərinin və Böyük Xocavar kəndinin bir hissəsinin qaz təchizatı dayandırılacaq.


Sizin reklam burada
Sizin reklam burada