Donald Tramp İranda davam edən münaqişə ilə bağlı yeni açıqlama verib.
News365.az-ın LeFigaro.fr-ə istinadən məlumatına görə, ABŞ Prezidenti bildirib ki, İranda baş verən proseslər Vaşinqtonun planlarına uyğun şəkildə irəliləyir və vəziyyət “müsbət istiqamətdə” inkişaf edir.
Tramp eyni zamanda İran rəhbərliyinin “zəiflədiyini” iddia edərək, həyata keçirilən addımların nəticə verdiyini vurğulayıb.
O, qlobal enerji bazarına da toxunaraq yaxın günlərdə neft qiymətlərində eniş olacağını proqnozlaşdırıb.
Bununla yanaşı, ekspertlər hesab edirlər ki, bu tip açıqlamalar regionda onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirə bilər. Onların fikrincə, İrandakı proseslərin tam nəzarət altında olduğu barədə iddialar informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirilməlidir.
News365.az