Paşinyan: Ermənistan Aİ və Aİİ-də eyni vaxtda tamhüquqlu üzv ola bilməz

Paşinyan: Ermənistan Aİ və Aİİ-də eyni vaxtda tamhüquqlu üzv ola bilməz
19:40

Ermənistan gələcəkdə Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvlüyü ilə Avrasiya İqtisadi İttifaqında (Aİİ) mövcud şərtlərlə iştirakını eyni vaxtda davam etdirə bilməyəcək.

News365.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə noyabrın 3-də Brüsseldə Aİ-nin genişlənməsi üzrə sammit çərçivəsində “Euronews”a müsahibəsində bildirib.

O qeyd edib ki, hazırkı qaydalara əsasən, hər iki qurumda üzvlük bir-biri ilə uzlaşmır və xüsusilə gömrük tənzimlənməsi sahəsində ziddiyyətlər mövcuddur.

“Bir məqamda Ermənistan seçim etməli olacaq. Hazırda vəzifəmiz real alternativ yaratmaqdır ki, insanlar hər iki yolun hansı imkanlar açdığını anlayaraq qərar verə bilsinlər”, – Paşinyan vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada