ABŞ prezidenti Donald Tramp federal qurumların ən azı 12 baş müfəttişini işdən çıxarıb. Bu barədə Amerikanın The Washington Post (WP) qəzeti göndərilən elektron məktublara istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, işdən çıxarılma məktubu müfəttişlərə Ağ Evin kadrlar üzrə direktorundan göndərilib. Jurnalistlərin fikrincə, işçilərin əksəriyyəti hələ Trampın ilk prezidentlik dövründə öz vəzifələrinə təyin ediliblərmiş.
“Bununla bağlı tədbirdə Müdafiə Nazirliyi, Dövlət Departamenti, Nəqliyyat Departamenti, Veteranlarla İş Departamenti, Mənzil və Şəhərsalma Departamenti, Daxili İşlər Departamenti və energetika nazirliyi də daxil olmaqla hökumətin ən böyük qurumları bir araya gəlib”, - məqalədə deyilir.
Yanvarın 23-də “The New York Times” qəzeti yazmışdı ki, Tramp 50 mindən çox dövlət işçisini işdən çıxara bilər. Virciniya Universitetinin dosenti Raşel Potter deyib ki, bununla bağlı sərəncam “federal işçi qüvvəsinin kütləvi şəkildə yenidən təşkilinə” gətirib çıxara bilər.
Tural