Tovuzda yanğın hadisəsi baş verib, xəsarət alanlar var.
News365.az xəbər verir ki, hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakininə məxsus fərdi yaşayış evində qəfil yanğın başlayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.
İlkin məlumata görə, yanğın zamanı iki nəfər xəsarət alıb.
Hadisə yerinə polis və aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.