Su arxında 44 yaşlı qadının meyiti aşkarlandı

Su arxında 44 yaşlı qadının meyiti aşkarlandı
21:20

Bərdə rayonunda qadın meyiti aşkarlanıb.

News365.az xəbər verir ki, hadisə rayonun Saatlı kəndində qeydə alınıb.

Belə ki, Yevlax rayon sakini, 1982-ci il təvəllüdlü Nigar Məmmədovanın meyiti su arxında tapılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada