Torpaq sürüşməsi olub: 30-dan çox itkin var

Torpaq sürüşməsi olub: 30-dan çox itkin var
08 Fev 2025 16:56

Çinin cənub-qərbindəki Siçuan əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 30-dan çox insan itkin düşüb.

News365.az xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Hadisə İbin şəhərindəki qəsəbələrdən birində baş verib. Torpaq sürüşməsi 10 evi məhv edib.

Bildirilir ki, Çin Prezidenti Si Cinpin itkilərin qarşısını almaq üçün bütün mümkün tədbirlərin görülməsini əmr edib. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada