Azərbaycan Dəməşq Hava Limanını yanacaqla təchiz edəcək

Azərbaycan Dəməşq Hava Limanını yanacaqla təchiz edəcək
13:27

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "UCC Holding" arasında Dəməşq Hava Limanına yanacaq təchizatı üzrə Anlaşma Memorandumu imzalanıb.

News365.az bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, şirkətlər aeroportu yanacaqla təchiz edəcək və zəruri infrastrukturu təmin edəcək birgə müəssisənin yaratmağı nəzərdə tutur. Birgə müəssisədə SOCAR-ın rolu yanacaq təchizatı əməliyyatlarına texniki dəstək göstərmək və aviasiya yanacağının təchizatını təmin etmək olacaq.

Bu il sentyabrın 6-da SOCAR və "UCC Holding" Suriyada və beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan Anlaşma memorandumları imzalayıb.


Sizin reklam burada
Sizin reklam burada