Rusiya qoşunlarının "Mərkəz" qrupunun batalyon komandiri Daba Badmajapov diqqət çəkən açıqlamalar verib. Rusiya mediasının yaydığı məlumata görə, o bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin 5 əsgəri Krasnoarmeyskaya istiqamətində Uspenovka qəsəbəsi ərazisində təslim olmağa cəhd edib. Lakin onlar öz hərbçiləri tərəfindən arxadan açılan atəş nəticəsində məhv edilib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural