Tərtərdə yük və minik avtomobilləri toqquşub

Tərtərdə yük və minik avtomobilləri toqquşub
05 Okt 2025 23:10

Tərtərdə yük və minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

News365.az xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Tərtər rayon İlxıçılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "GAZel" markalı yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, Goranboy rayon sakini 2001-ci il təvəllüdlü Həsənov Eltun Müşviq oğlu ölüb. 

Yük avtomobilinin sürücüsü, Tərtər rayon sakini 1962-ci il təvəllüdlü İsbəndiyarov Qamət Məmməd oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.



Sizin reklam burada
Sizin reklam burada