Rusiyanın Belqorod vilayətinin təhsil naziri Andrey Milexin "Bars-Belgorod" könüllü dəstəsinə qoşulub. Bu barədə “Bel.Ru” portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Dekabr ayında bəyan edilmişdi ki, Ekologiya və Ovçuluq Müfəttişliyi Xidmətinin keçmiş rəhbəri Andrey Qots, noyabrda hökumətlə olan müqaviləsini dayandırıb və Rusiya Müdafiə Nazirliyi ilə "Bars-Belgorod" könüllü birləşməsində xidmət etmək üçün müqavilə imzalayıb. O, sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə döyüş bölməsindən xaric edilmişdi.
Noyabr ayında Belqorod vilayətinin Koroça rayonunun rəhbəri Nikolay Nesterov və Novooskol rayonunun rəhbəri Andrey Qridnev də bu bölməyə qoşulublar.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural