TƏBİB-in əməkdaşını bıçaqlayan şəxs intihara cəhd etdi

TƏBİB-in əməkdaşını bıçaqlayan şəxs intihara cəhd etdi
09:55

Şirvanda keçmiş həyat yoldaşı, “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lamiyə Qanbayevanı bıçaqlayan şəxs intihara cəhd edib. 

News365.az xəbər verir ki, oktyabrın 6-da keçmiş həyat yoldaşına 11 bıçaq zərbəsi vuran Şirvan sakini, 1986-cı il təvəllüdlü Tural Əlvan oğlu Qanbayev sirkə turşusu içib.

O, Şirvan şəhər xəstəxanasına yerləşdirilib və polis nəzarətinə götürülüb. 

Qeyd edək ki, T. Qanbayev hadisəni törətdikdən sonra gizləndiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarılırdı. 


Sizin reklam burada
Sizin reklam burada