Teatrı atanız tikməyib! - QALMAQAL

Teatrı atanız tikməyib! - QALMAQAL
12 Apr 2025 02:10

Akademik Milli Dram Teatrının baş rejissoru Mehriban xanımın son açıqlamaları cəmiyyətdə geniş müzakirələrə səbəb olub. İddiaya görə, baş rejissor 20 Yanvar şəhidinin qızına “20 Yanvar var? Bitdi, qurtardı 20 Yanvar söhbəti” deyərək sərt münasibət sərgiləyib.


Bu açıqlamalar teatr ictimaiyyətində və sosial şəbəkələrdə narazılıq doğurub. Xalq artisti Afaq Bəşirqızı da məsələyə münasibət bildirib. O, hadisəyə sərt reaksiya verərək, belə bir yanaşmanın qəbuledilməz olduğunu vurğulayıb:


"Təsəvvür edin, sizə deyirlər ki, sənin faciən artıq dəbdə deyil. Mən şəxsən dəli olaram, yer ilə göylə müharibəyə çıxaram. Balasını bu vətən uğrunda qurban vermiş bir aktyorun xətirinə heç kim dəyməməlidir. Nə ixtiyarla onu incidirsiniz?"


Prodüser İbrahim Türksoy da məsələ ilə bağlı mövqeyini açıqlayıb. O, teatr rəhbərliyini tənqid edərək bildirib ki, teatr aktyorların sosial və yaradıcılıq problemlərinin həllinə xidmət etməlidir:


"O teatrı, kreslonu, kabineti sizin atanız tikib verməyib. Siz orada aktyorları idarə etmək, onların sosial və yaradıcılıq problemlərini həll etmək üçün əyləşmisiniz."


Məsələ ilə bağlı Akademik Milli Dram Teatrının rəhbərliyi hələ ki, rəsmi açıqlama verməyib. Hadisənin teatr ictimaiyyətində və geniş auditoriyada doğurduğu reaksiyalar davam edir.



Sizin reklam burada
Sizin reklam burada