İran Rəşt–Astara dəmir yolunun tikintisi üçün nəzərdə tutulan torpaq sahələrinin yerli sakinlərdən satın alındığını təsdiqləyib. Rəsmi Moskva bu prosedurun başa çatdığını təsdiqləyən sənədlərin təqdim olunmasını gözləyir.
News365.az xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Düşənbədə iki ölkənin nümayəndələri arasında keçirilən danışıqların yekunları ilə bağlı açıqlamasında deyib.
“Danışıqlar zamanı fikir mübadiləsi aparılıb. İlk növbədə, “Şimal–Cənub” layihəmizin icra prosesinin son statusu, o cümlədən gələcək Rəşt–Astara dəmir yolunun müvafiq hissəsinin tikintisi müzakirə olunub”, – deyə o qeyd edib.