Kanadada hərbi bazada yanğın: 4 əsgər öldü

Kanadada hərbi bazada yanğın: 4 əsgər öldü
20:20

Kanadanın Alberta əyalətində yerləşən Veynrayt hərbi bazasında baş verən yanğın nəticəsində 4 əsgər həyatını itirib.

News365.az xəbər verir ki, Alberta əyalətinin baş naziri Danielle Smit hadisə ilə bağlı açıqlamasında 39 nəfərin xəstəxanada müalicəsinin davam etdiyini bildirib. Onlardan 19-nun vəziyyətinin kritik olduğu qeyd edilib.

Kanada Silahlı Qüvvələri və Kanada Kral Atlı Polisi yanğının başvermə səbəbini araşdırır.

Hadisənin hansı şəraitdə baş verdiyi və yanğına nəyin səbəb olduğu hələlik məlum deyil.


Sizin reklam burada
Sizin reklam burada