Tanınmış MMA döyüşçüsü həbs edildi

Tanınmış MMA döyüşçüsü həbs edildi
25 Yan 2025 11:56

Braziliyalı MMA döyüşçüsü Livinya Souza həbs edilib.

News365.az "MMA Fighting"ə istinadən xəbər verir ki, 33 yaşlı idmançının həbsinə səbəb onun evində tapança, patronlar, marixuana və steroidlər aşkarlanması olub.

Souza narkotik maddələrin daşınmasında və qanunsuz silah saxlamaqda ittiham olunur.

Qeyd edək ki, 2018-2021-ci illərdə UFC-də döyüşmüş L.Souza sonuncu dəfə 2021-ci ilin oktyabrında rinqə çıxıb və hakimlərin qərarı ilə məğlub olub.