Sürücü və piyadaların diqqətinə: təhlükəsizlik qaydalarına əməl edin - XƏBƏRDARLIQ

Sürücü və piyadaların diqqətinə: təhlükəsizlik qaydalarına əməl edin - XƏBƏRDARLIQ
11:10

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) piyadalara müraciət edib.

News365.az-ın xəbərinə görə, müraciətdə deyilir ki, baş verən hadisələr piyada keçidlərini əhəmiyyətsiz bilib, yolun hərəkət hissəsindən keçməyin həyat üçün nə qədər təhlükəli olduğunu bir daha göstərir:

"Belə hadisələrin baş verməməsi, gedəcəyiniz ünvana rahat və təhlükəsiz şəkildə çatmaq üçün keçidlərdən istifadə etməlisiniz. Sürücülərə isə müraciət edərək bildiririk ki, diqqətiniz yolda və sürət həddində olsun. Belə olduqda, xüsusilə də çoxzolaqlı yollarda qaydalara əməl etməyib yolun hərəkət hissəsindən keçməyə çalışan piyadaları gördüyünüz anda, qəzaların baş verməməsi üçün vaxtında təhlükəsizlik tədbirləri görə biləcəksiniz".



Sizin reklam burada
Sizin reklam burada