Suriya prezidenti Əhməd Şara ilə YPG/SDQ terror təşkilatının lideri “Məzlum Abdi” kod adlı Ferhat Abdi Şahin arasında Dəməşqdə keçirilən görüş nəticəsiz başa çatıb.
News365.az xəbər verir ki, “Anadolu” Agentliyinin məlumatına görə, Şara ilə Məzlum Abdi arasında keçirilən görüşdə tərəflər arasında 10 mart tarixli razılaşmanın (atəşkəs və tam inteqrasiya razılaşması) tətbiqi ilə bağlı heç bir razılıq əldə edilməyib.
Hökumətdəki mənbədən bildirilib ki, SDQ tərəfi görüşdə lazımi çeviklik göstərməyib.
“Qarşıdakı dövrdə yeni görüşlər keçiriləcək".
Qətərdə yerləşən "Əl-Cəzirə" televiziya kanalının Telegram hesabında dərc olunan məlumata görə, görüşdə əsasən ölkənin şimal-şərqində, İraq sərhədində yerləşən Haseke əyalətinin statusu müzakirə olunub. Paytaxt Dəməşqdə beş saatlıq görüşdə Mazlub Abdi Hasekenin YPG/SDQ-nin nəzarəti altında qalmasında israr edib. Prezident Şara isə Daxili Təhlükəsizlik Qüvvələrinin əyalətə girib dövlət qurumlarını təhvil almaq şərtini irəli sürüb.
Məlumatda Əhməd Şaranın Mazlum Abdiyə məsləhətləşmələr üçün əlavə 5 gün verməkdən imtina etdiyi və ən qısa zamanda yekun cavab tələb etdiyi bildirilib.